Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


