Berlində Ukrayna ilə bağlı danışıqlar başlayıb

Berlində Ukrayna ilə bağlı danışıqlar başlayıb
  14 Dekabr 2025    Oxunub:1313
ABŞ nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Berlindədir
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni, sahibkar Cared Kuşnerin də daxil olduğu Amerika nümayəndə heyəti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Berlinə səfər edib.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqların birinci mərhələsi siyasi müşavirlər səviyyəsində qapalı formatda keçiriləcək. Almaniya Federativ Respublikasının nümayəndələri də danışıqlarda iştirak edəcək.

Almaniya kansleri Fridrix Mertsin dekabrın 15-də Berlində Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynadakı münaqişənin nizamlanması mövzusunda görüşü gözlənilir. Müzakirələrə bir sıra Avropa İttifaqı və NATO liderlərinin də qoşulacağı bildirilir. Bild qəzetinin məlumatına görə, “Avropa üçlüyü” (Almaniya, Böyük Britaniya və Fransa) formatında da danışıqlar planlaşdırılır.

Ukrayna ilə bağlı danışıqlar Vaşinqtonun noyabr ayında 28 maddəlik plan təklif etməsindən sonra intensivləşib. Kiyev və onun Avropadakı tərəfdaşları sənəddən narazı qalıb və onun dəyişdirilməsini tələb edirlər.

AzVision.az



Teqlər:



Xəbər lenti