Gündüz İsmayılov: "Cəmiyyətimizdə savadlı din xadimlərinə ehtiyac var"

      Gündüz İsmayılov:    "Cəmiyyətimizdə savadlı din xadimlərinə ehtiyac var"
  15 Dekabr 2025    Oxunub:1329
"Azərbaycan əhalisi dini bilikləri əsasən üç mənbədən əldə edir: əvvəla ailədən, ikincisi kütləvi informasiya vasitələrindən, internet resurslarından və kənar şəxslərdən, üçüncüsü isə din xadimlərindən".
AzVision.az xəbər verir ki, bu sözləri Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda DQİDK-in sədr müavini Gündüz İsmayılov dilə gətirib. O vurğulayıb ki, cəmiyyətdə bütün ailələrin dini bilikləri eyni səviyyədə deyil:

"İkinci mənbədən alınan biliklərin etibarlılığı da sual altındadır. Burada bir çox hallarda yanlış informasiyadan söhbət gedir. Üçüncü mənbəyə gəldikdə, demək lazımdır ki, bütün din xadimlərinin bilikləri də qənaətbəxş deyil. Başqa sözlə, bu gün cəmiyyətimizdə savadlı, həm dini, həm də dünya görüşü kifayət qədər geniş din xadimlərinə böyük ehtiyac var".

Gündüz İsmayılovun sözlərinə görə, yuxarıda sayılan mənbələrdən fərqli olaraq, dini biliklərin təhsil xətti ilə öyrənilməsi daha məqsədəuyğundur:

"Əlbəttə, Azərbaycan dünyəvi dövlətdir, ancaq həm də nəzərə almaq lazımdır ki, din yalnız şəriətdən ibarət deyil, onun mənəviyyat və mədəniyyət cəhətləri də var. Gənc nəslə dinin bu yönlərinin çatdırılması baxımından təhsilin rolu böyükdür".

AzVision.az


Teqlər: DQİDK   konfrans  



Xəbər lenti