Aqil Şirinov: "Milli-mənəvi dəyərlər xalqı birləşdirir"

      Aqil Şirinov:    "Milli-mənəvi dəyərlər xalqı birləşdirir"
  15 Dekabr 2025    Oxunub:1119
"Milli-mənəvi dəyərlər dedikdə xalqı bütünləşdirən, ona kimlik qazandıran, ictimai əlaqələri gücləndirən dəyərlərdən söhbət gedir".
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib. O bildirib ki, Azərbaycanda keçirilən sorğulara əsasən, əhalinin böyük əksəriyyəti milli dəyərlərə bağlıdır:

"Bu vəziyyəti qorumaq da vacib məsələdir. Burada ailə və təhsilin başlıca rolu var. Xüsusilə məktəblərimizdə milli-mənəvi dəyərlərin təbliğatı daha məqsədəuyğundur. Gənclərin dini xadimlərdən ala biləcəkləri biliklər isə həmişə düzgün yol sayıla bilməz. Təhsildə bu istiqamətdə hədəflər və metodlar dəqiq müəyyənləşdirilməlidir. Əsas məqsəd şəxsiyyət yetişdirmək olmalıdır".

Aqil Şirinov həmçinin bildirib ki, milli-mənəvi dəyərlərlə ümumbəşəri dəyərlər bir-birinə zidd sayılmamalıdır, çünki milli dəyərlərin ümumbəşəri dəyərlərin tərkib hissəsidir.

AzVision.az


Teqlər: DQİDK   konfrans  



Xəbər lenti