“Fəlakətli miqrasiya siyasətlərinə görə, bir çox Avropa ölkələri tezliklə həyat qabiliyyətini itirəcək. Avropa dövlətlərinin çoxu dağılır. Qitə ölkələri Rusiya-Ukrayna müharibəsi haqqında çox danışır, lakin eyni zamanda onun həlli üçün heç nə etmirlər”, - Amerika lideri ötən həftə “Politico” nəşrinə müsahibəsində deyib.
|
| Politico: “ABŞ-nin strategiyası Avropada hiddət doğurur” |
- Bununla belə, Aİ-nin bəzi yüksək vəzifəli məmurları Amerika liderinin tənqidinin cavabsız qalmasından hiddətləniblər. Brüsselin təmkinli mövqeyi bəzi Avropa liderlərini AK-dən yan keçmək və Trampla birbaşa dialoq qurmaq barədə düşünməyə vadar edib”, - nəşr vurğulayır.
Qəzetin mənbələrinin sözlərinə görə, Ukrayna gündəmi Aİ-nin reaksiyasına da təsir göstərir. Onlar iddia edirlər ki, keçən həftə Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rütte fon der Lyayendən Trampın bəyanatlarına tənqidlə cavab verməməyi xahiş ediblər.
Xatırladaq ki, ötən həftə Almaniyanın “Spigel” jurnalının dekabrın 12-də çıxan yeni buraxılışının üz qabığında Rusiya və ABŞ prezidentləri Vladimir Putinin və Donald Trampın şəkli yerləşdirilib. Nəşrdə dərc olunan məqlədə isə, bu iki liderin Avropaya qarşı hücuma keçdikləri iddia edilir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


