Vəfa Yaqublu: "Elmlə yanaşı mənəviyyatın aşılanması vacibdir"

      Vəfa Yaqublu:    "Elmlə yanaşı mənəviyyatın aşılanması vacibdir"
  15 Dekabr 2025    Oxunub:1478
"Tarixi nümunələr göstərir ki, din təhsildə, savadlılıqda mütərəqqi rola malikdir".
AzVision.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda söyləyib. O diqqətə çatdırıb ki, tarixən Azərbaycanda da dini təhsil aparıcı idi:

"Hazırda isə vəziyyət tamamilə dəyişib. Dini və elmi dünyagörüşləri bir-birindən, həqiqətən də, fərqlidirmi? Zənnimcə, hər birinin dünyanın dərk olunmasında özünəməxsus rolu var ki, onlar bir-birini təkzib etmirlər".

Vəfa Yaqublu vurğulayıb ki, Azərbaycan məktəblərində elmlə yanaşı mənəvi dəyərlərin aşılanması əsas hədəflərdəndir.

AzVision.az


Teqlər: DQİDK   konfrans  



Xəbər lenti