Elvüsal Məmmədov: "Məktəblərdə əxlaqi nizam-intizam qaydaları tətbiq oluna bilər"

   Elvüsal Məmmədov:    "Məktəblərdə əxlaqi nizam-intizam qaydaları tətbiq oluna bilər"
  15 Dekabr 2025    Oxunub:1110
"Orta məktəblərdə şagirdlərə mənəvi dəyərlərin sistemli və effektiv aşılanması məqsədilə əxlaqi nizam-intizam qaydalarının yaradılmasını, müvafiq dərsliyin hazırlanmasını məqsədəuyğun sayıla bilər".
AzVision.az xəbər verir ki, bu sözləri Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov dilə gətirib. O bildirib ki, sözügedən qaydalar təkcə nəzəri məlumatlardan ibarət olmamalı, praktik həllər də həyata keçirilməlidir:

"Bu məqsədlə qardaş ölkə Türkiyənin təcrübəsindən faydalana bilərik".

Elvüsal Məmmədov diqqətə çatdırıb ki, bu gün məktəbliləri daha çox texniki biliklərlə yüklədikcə mənəvi dəyərlərin aşılanmasının vacibliyi nəzərdən qaçır:

"Belə halda yalnız biliyin öyrədilməsi şəxsiyyətin formalaşmasında kifayət deyil. Müəllim öz şagirdinə təvazökarlığı, vicdanla düşünməyi, hərəkətlərinə görə məsuliyyət hissini aşılamalıdır. Məhz bu şəkildə hərtərəfli və əxlaqlı fərdlər yetişdirilə bilər".

AzVision.az


Teqlər: DQİDK   konfrans  



Xəbər lenti