Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb

   Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb
  16 Dekabr 2025    Oxunub:294
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb.
Bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb. Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir.

Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti