Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri artıb

Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri artıb
  16 Dekabr 2025    Oxunub:459
Cari ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 19,947 milyon ABŞ dolları təşkil edib.
AzVision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,994 milyon ABŞ dolları və ya 33,4 faiz çoxdur.

Məlumata əsasən, ölkəxaricindən Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmində Səudiyyə Ərəbistanının payı hesabat dövründə 2,3 faiz təşkil edib və beləcə adıçəkilən ölkə Azərbaycana pul köçürmələrinin həcmi baxımından yeddinci yer tutub.

2024-cü ilin ilk yarısında Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 14,953 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 361,4 milyon ABŞ dolları olub. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 46,9 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 849,9 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

AzVision.az



Teqlər:



Xəbər lenti