Sarkozi yenidən həbsxanaya qaytarıla bilər

   Sarkozi yenidən həbsxanaya qaytarıla bilər
  17 Dekabr 2025    Oxunub:901
Fransa prokurorları Liviyanın onun seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı korrupsiya ittihamlarına görə keçmiş prezident Nikolya Sarkozinin mühakimə olunmasını tələb edir. Bu məsələ Sarkozinin qısa müddətə həbsinə səbəb olmuşdu.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, dekabrın 16-da Fransanın Milli Maliyyə Prokurorluğu Sarkozinin, onun həyat yoldaşı Karla Bruni və digər şübhəli şəxslər keçmiş prezident əleyhinə ifadəsini geri götürməyə razı salmaq üçün əlbir olmaq ittihamı ilə mühakimə edilməsinə dair vəsatət qaldırıb.

“Söhbət Sarkozinin mərhum Liviyanın lideri Müəmmər Qəddafinin rejimi ilə bağlı olan seçki kampaniyasını maliyyələşdirmə işinə aiddir. Fransanın keçmiş prezidenti bu işlə bağlı 2025-ci ilin sentyabrında mühakimə olunub. Məhkəmə vəsatətlə bağlı yekun qərarı istintaq hakimi verəcək”, - məlumatda deyilir.

Sarkozi həsxanadan çıxa bilər
Xatırladaq ki, Nikolya Sarkozi 2007-ci ildə prezidentlik kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı işdə mühakimə olunduqdan sonra oktyabrın sonundan Parisin La Sante həbsxanasında saxlanılırdı.

Noyabrın 10-da məhkəmə Sarkozinin apellyasiya şikayətinə baxılmasına qədər həbsdən azad buraxılması xahişini təmin edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Sarkozi   həbsxana  



Xəbər lenti