Deputat: “Amnistiya təşəbbüsü cəmiyyətin sağlamlaşmasına xidmət edir”
Qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, eləcə də ehtiyatsızlıqdan və az ağır cinayətlər törətmiş şəxslərə münasibətdə tətbiq olunan humanist yanaşma hüququn cəmiyyət üçün qoruyucu və bərpaedici, islahedici funksiyasını ön plana çıxarır. Bu addım həmin şəxslərin yenidən ictimai həyata qayıdaraq faydalı fərd kimi formalaşmasına real zəmin yaradır və cəmiyyətin sağlamlaşmasına xidmət edir.
Amnistiya aktının geniş əhatə dairəsi onun ölkə tarixində mühüm sosial hadisə kimi qiymətləndirilməsinə əsas verir. Minlərlə ailənin həyatına birbaşa təsir göstərəcək bu qərar penitensiar sistemdə yükün azalması ilə yanaşı, cəmiyyətdə sosial harmoniya, hüquqi sabitlik və dövlətə inam mühitinin möhkəmlənməsinə mühüm töhfə verir. Güclü dövlət modeli məhz bu cür qarşılıqlı etimad üzərində formalaşır.
Mahiyyət etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız siyasi və hərbi imkanlarla ölçülmədiyini, eyni zamanda mənəvi məsuliyyət, sosial ədalət və humanitar dəyərlər üzərində qurulduğunu təsdiqləyir. Dövlət başçısının bu müdrik qərarı balanslı və uzaqgörən idarəçilik nümunəsi kimi cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir.
Cavanşir Feyziyev, millət vəkili
AzVision.az
Teqlər: Prezident amnistiya cəmiyyət







Vaxtında, Aydın, Lazımlı!


