Brüsseldə Avropa İttifaqı-Qərbi Balkan Sammiti keçirilir
Liderlər genişlənmə, eləcə də iqtisadiyyat, miqrasiya, təhlükəsizlik və xarici siyasət sahələrində əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edirlər. Sonda Aİ-Qərbi Balkan Sammitinin Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Tədbirdə, həmçinin islahatlar, Aİ hüquqi bazasına uyğunlaşma, regional əməkdaşlıq, mehriban qonşuluq münasibətləri və barışıq sahələrində irəliləyişlər də müzakirə olunacaq. Gündəlikdə Qərbi Balkan tərəfdaşlarının vahid Aİ bazarına mərhələli inteqrasiyası və bunun vətəndaşlara gətirəcəyi faydalar da yer alıb. Bu çərçivədə regionda iqtisadi əməkdaşlığı gücləndirmək və Aİ ilə bağlı islahatları dəstəkləmək məqsədi daşıyan Qərbi Balkan üçün İnkişaf Planı müzakirə olunacaq. Liderlər xarici siyasət, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, hibrid və kibertəhdidlərə qarşı tədbirlər, miqrasiyanın idarə olunması, viza siyasəti, insan alveri, sərhəd idarəçiliyi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi sahələri də diqqət mərkəzində saxlayacaqlar.
Aİ-Qərbi Balkan Sammiti müntəzəm olaraq 2018-ci ildən etibarən təşkil olunur. Növbəti sammit 2026-cı ilin iyununda Monteneqroda baş tutacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


