Aİ liderlərinin sammiti başlayır

   Aİ liderlərinin sammiti başlayır
  18 Dekabr 2025    Oxunub:956
Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərinin iştirakı ilə iki günlük sammit keçirilir.
Bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ikigünlük sammit çərçivəsində liderlər Ukraynanın 2026-2027-ci illər ərzində əsasən hərbi və müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə dair müzakirələr aparacaqlar. Müzakirələrdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə, sülh naminə irəli sürülən diplomatik səylərə də toxunulacaq.

Sammitdə, eyni zamanda, Aİ-nin xarici iqtisadi və siyasi təzyiqlərdən müdafiə qabiliyyətinin, rəqabət imkanlarının inkişaf istiqamətləri qiymətləndiriləcək. Liderlər həmçinin büdcə məsələsinə, Yaxın Şərqdəki vəziyyətə, miqrasiya probleminə, namizəd ölkələrin Aİ-yə qəbul prosesi və bu istiqamətdə irəliləyişlərə də baxacaqlar.

Sammit Avropa Şurasının Prezidenti Antoniu Koştanın sədrliyi ilə keçiriləcək. Müzakirələrə Ukrayna Prezidenti Volodimir Zelenski də qoşulacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   sammit  



Xəbər lenti