Rüstəm Nəcəfov: "Çin bazarı hazırda turizm hədəfimizdir" | VİDEO

      Rüstəm Nəcəfov:    "Çin bazarı hazırda turizm hədəfimizdir" |  VİDEO
  18 Dekabr 2025    Oxunub:1384
"2025-ci ilin dekabr ayının 15-dək Şahdağa həm qış, həm də yay qış mövsümləri ərzində 300 min turist gəlib".
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan ikigünlük mediaturda məlumat verib. O diqqətə çatdırıb ki, hotellərdə gecələyən qonaqların sayı isə 174 min nəfərdir:

"Bu göstərici keçən illə müqayisədə 10% artım deməkdir. Apardığımız müxtəlif təbliğat-təşviqat işləri nəticəsində Şahdağ dünya üzrə qış turizm mərkəzinə çevrilməkdədir".

Sədrin sözlərinə görə, hazırda "Şahdağ" Turizm Mərkəzinin hədəfi Çin bazarıdır:

"Çindən turistlərin Azərbaycana, Şahdağa cəlb olunmaları istiqamətində müvafiq tədbirlər görülür".






AzVision.az


Teqlər: Şahdağ   mediatur  



Xəbər lenti