Əsgərin xəstəlikdən ölməsi araşdırılır
Məlumata əsasən, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu hospitalda dekabrın 15-də vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb.
Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı hazırda araşdırma davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


