"Simulyator yeni başlayanlar üçün ideal vasitədir. Təcrübə göstərir ki, tamamilə yeni başlayanlar bu simulyatorda üç gün ərzində sadəcə yarım saat məşq etməklə artıq əsl qar üzərində yaşıl və mavi xizək yamaclarında sürüşə bilir. Sistem bütün əzələləri işlədərək, diqqət və konsentrasiyanı artırır. Həm uşaqlar, həm də böyüklər üçün əlçatan olan bu texnologiya dağ xizəyi və snoubord idmanının inkişafında böyük addım hesab olunur".
Mariya Şerstyuk diqqətə çatdırıb ki, dünyada keçən il 11 belə simulyator mövcud idisə, bu il onların sayı artıq 17-ə çatıb. Şahdağdakı simulyator isə ən yaxşı markalardan birinə aiddir və xüsusi qoruyucu sistem, altlıqdakı keyfiyyətli örtük və altı sensorla təchiz olunub. 3D vizuallaşdırma funksiyası da yaxın vaxtlarda istifadəyə veriləcək:
"Simulyatorun əsas üstünlüyü onun real qar üzərində sürüşmə və öyrənmə prosesi ilə tam eyni metodikaya malik olmasıdır. Yeni istifadəçi 10 dəqiqəlik setlərdə məşq edir, sonra qısa fasilə ilə növbəti mərhələyə keçərək sürüşmə texnikasını sürətlə öyrənir. Beləliklə, fiziki və diqqət yükü artır. Keçirilən testlər göstərib ki, sistem 3 yaşından 65 yaşına qədər bütün istifadəçilər üçün əlverişlidir. Beləliklə, Şahdağ Turizm Mərkəzinin simulyatoru təcrübə və təhlükəsizlik baxımından yeni standartlar müəyyən edir, qış idmanını həm Azərbaycanda, həm də regionda daha əlçatan edir".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


