ABŞ-dən İranın kölgə donanmasına qarşı sanksiyalar

   ABŞ-dən İranın kölgə donanmasına qarşı sanksiyalar
  19 Dekabr 2025    Oxunub:1250
Birləşmiş Ştatlar Amerika tərəfinin iddiasına görə, İran nefti və neft məhsullarının daşınması və satışı ilə əlaqəli olan 29 gəmi və bir sıra şirkətlərə məhdudiyyətlər qoyub.
AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə nazirliyinin bəyanatında belə deyilir.

“Nazirlik 29 kölgə donanması gəmisinə və onları idarə edən, yüz milyonlarla dollar dəyərində İran neft məhsullarını daşıyan şirkətlərə məhdudiyyətlər qoyur. Söhbət Misir, Hindistan, Panama və Marşal adalarında fəaliyyət göstərən və ya yerləşən şirkətlərdən gedir”, - məlumatda bildirilir.

Xəbərdə ABŞ-nin artıq İran nefti və neft məhsullarının daşınması ilə məşğul olan 180-dən çox gəmiyə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılır. Sanksiyalar siyahısına salınma, digər məsələlərlə yanaşı, ABŞ-dəki aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərin siyahıda olanlarla iş aparmasına qadağa qoyulmasını nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İran   sanksiyalar  



Xəbər lenti