"Green card" ləğv olunur

   "Green card" ləğv olunur
  19 Dekabr 2025    Oxunub:1660
ABŞ-nin Braun Universitetində meydana gəlmiş atışmada şübhəli bilinən şəxs ölkəyə "green card" proqramı vasitəsilə girdiyinə görə bu proqramın fəaliyyəti dayandırılır.
Bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem özünün "X" hesabında məlumat yayıb. O diqqətə çatdırıb ki, sözügedən addımla əlaqədar Prezident Donald Trampdan göstəriş alıb:

"Göstərişə əsasən, dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti – red.) "DV1" proqramını dayandırmaq barədə əmr verdim ki, bu zərərli proqram ucbatından vətəndaşlarımıza artıq zərər dəyməsin".

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   green-card   ləğv  



Xəbər lenti