Tasmaqambetov: “Ermənistan KTMT-nin müttəfiqidir”

   Tasmaqambetov:    “Ermənistan KTMT-nin müttəfiqidir”
  19 Dekabr 2025    Oxunub:1320
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır. Respublikanın tam iştirakı üçün qapılar açıqdır.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov belə deyib.

“Biz ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştiraka qayıdacaq. Bunun üçün bütün şərait və ilkin şərtlər mövcuddur: biz hesab edirik ki, Ermənistan xalqı Avrasiyada ümumi təhlükəsizlik məkanının yaradılmasında maraqlıdır. Üstəlik, noyabrda Ermənistanın Xarici İşlər nazirliyi respublikanın KTMT-dən çıxması məsələsinin müzakirə olunmadığı barədə bəyanat verib”, - qurumun baş katibi vurğulayıb.

O xatırladıb ki, Ermənistan təşkilatdakı işini dayandırıb və bu, Ermənistanın siyasi rəhbərliyinin KTMT ilə bağlı hazırkı mövqeyini əks etdirir.

- Bu, müstəqil və suveren bir dövlətin qərarıdır, heç bir başqa dövlət və ya təşkilat ona təsir edə bilməz”, - Tasmaqambetov bildirib.

Bundan əvvəl Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Səfəryan hazırda KTMT-dən çıxmaq məsələsinin İrəvanın gündəmində olmadığını açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   KTMT   müttəfiq  



Xəbər lenti