Prezident yolların təmirinə 1.4 milyon manat ayırıb

   Prezident yolların təmirinə 1.4 milyon manat ayırıb
  19 Dekabr 2025    Oxunub:1183
Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: Prezident   sərəncam   yol   təmir  



Xəbər lenti