Lukaşenko İlham ƏIiyevə təbrik məktubu göndərib

   Lukaşenko İlham ƏIiyevə təbrik məktubu göndərib
  19 Dekabr 2025    Oxunub:1378
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu il Siz bayramınızı xüsusi əhvali-ruhiyyə ilə qarşılayırsınız. Sizin siyasi müdrikliyiniz və möhkəm iradəniz sayəsində Azərbaycan Respublikası qarşıya qoyulmuş məqsədlərə nail olaraq beynəlxalq nüfuzunu inamla artırır.

Belarusda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə, həmçinin müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığın ardıcıl inkişafına xüsusi əhəmiyyət verilir.

Çoxtərəfli platformalarda etimada əsaslanan təmasları və qarşılıqlı dəstəyi, eləcə də Belarus-Azərbaycan dialoqunun bütün səviyyələrdə dərinləşdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram".

AzVision.az


Teqlər: Belarus   Prezident   məktub  



Xəbər lenti