İşğaldan azad olunmuş ərazilərdə göstərilən tibbi xidmətlərin statistikası
“Ağdərə Xəstəxanasına 669 müraciət daxil olub və eyni sayda tibbi xidmət icra edilib. Laçın Rayon Mərkəzi Xəstəxanasında isə 29 895 müraciət üzrə 62 539 tibbi xidmət həyata keçirilib. Eyni zamanda bölgədə səhiyyə xidmətlərinin daha da gücləndirilməsi məqsədilə yeni layihələrin icrası planlaşdırılır. Belə ki, 90 çarpayılıq Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin yaradılması nəzərdə tutulur. KT və MRT avadanlıqları ilə təchiz olunmuş, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının qurulması planlaşdırılır.
Bundan əlavə, Ağdərə və Xocavənd rayonlarında uşaq və böyük poliklinikalarının, Xocalı rayonunda isə müasir uşaq və böyük poliklinikasının yaradılması nəzərdə tutulub”.
V.Qurbanov vurğulayıb ki, həyata keçirilən bütün bu layihələr işğaldan azad olunmuş ərazilərdə dayanıqlı səhiyyə infrastrukturunun formalaşdırılmasına, əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və bölgədə məskunlaşmanın sürətləndirilməsinə xidmət edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


