Pirotexniki vasitələr satılan anbar aşkarlanıb | VİDEO

Pirotexniki vasitələr satılan anbar aşkarlanıb |    VİDEO
  19 Dekabr 2025    Oxunub:1136
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb. Onun həmin ticarət mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb.

Araşdırma aparılır. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti