Orxan Bədəlov: "Xizəkçi Jurnalistlər Klubu beynəlxalq yarışlarda iştirak edəcək" | VİDEO
"Göstərdikləri dəstəyə görə Şahdağ Turizm Mərkəzinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Mərkəz klubumuzu xizək avadanlıqları və infrastrukturu ilə ödənişsiz təmin edib. Bu dəstək nəticəsində xizəkçi jurnalistlər klubunun daha da genişlənib uğur qazanacağına inanıram".
Məlumat üçün bildirək ki, Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin dəstəyi ilə keçən ilin mart ayında qurulub. Klubun yaradılmasının məqsədi xizək sürmək bacarığına malik yerli media nümayəndələrini bir yerə toplamaq, peşəkar xizəkçi kimi formalaşmalarına dəstək göstərmək, habelə Beynəlxalq Jurnalistlərin Xizək Klubunun hər il müxtəlif ölkələrdə keçirdiyi yarışlara qoşulub Azərbaycanı təmsil etməkdir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


