Napoleon Bonapartın üzüyü oğurlanıb

Napoleon Bonapartın üzüyü oğurlanıb
  19 Dekabr 2025    Oxunub:570
Belçikada “Napoleonun Son Qərargahı” muzeyi qarət edilib.

AzVision.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 17 dekabr çərşənbə axşamı günü Janap şəhərində baş verib.

Məlumata görə, iki cinayətkar binaya pəncərə vasitəsilə daxil olub və bir neçə vitrin dağıdaraq içindəki əşyaları oğurlayıblar.

Oğurlanan əşyalar arasında 18 karatlıq qızıldan hazırlanmış, beş brilyantla bəzədilmiş və tarixi mənbələrə görə Napoleonla əlaqələndirilən üzük də var. Bu üzük imperatorun 1815-ci il iyunun 18-də Vaterloo döyüşündə məğlubiyyətindən sonra tapılıb.

Həmçinin oğurlananlar arasında Napoleon dövrünə aid qızıl və gümüş sikkələr də var. Oğurluqla bağlı polisə müraciət edilib və Valon Brabant Prokurorluğu istintaqa başlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti