Avtobuslarda NFC ilə ödənişin tətbiqinə başlanır
Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart" daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon və "BakıKart"dan istifadə etməlidirlər.
Məlumat üçün bildirək ki, "MasterCard" və "Visa" kartları ilə ödəniş sistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur.
AzVision.az
Teqlər: AYNA







Vaxtında, Aydın, Lazımlı!


