Azərbaycanın Britaniya iqtisadiyyatına investisiya həcmi açıqlanıb
9 ay ərzində Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 1 milyard 243 milyon 118 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 4,7% azdır. 2025-ci ilin yanvar-sentyabr aylarında Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28,8%-dən 26,2%-ə düşüb.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6% çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7% çox) təşkil edib.
AzVision.az
Teqlər: Azərbaycan Britaniya investisiya statistika







Vaxtında, Aydın, Lazımlı!


