Maliyyə Nazirliyinin istiqrazları üzrə hərrac keçiriləcək

Maliyyə Nazirliyinin istiqrazları üzrə hərrac keçiriləcək
  20 Dekabr 2025    Oxunub:1906
Dekabrın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.
Bu barədə AzVision.az -a BFB-dən bildirilib. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq. Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

AzVision.az


Teqlər:



Xəbər lenti