Monteneqro ilə Azərbaycan arasında 22 saziş mövcuddur

 Monteneqro ilə Azərbaycan arasında 22 saziş mövcuddur
  20 Dekabr 2025    Oxunub:1429
Azərbaycanla Monteneqro arasındakı münasibətlər iki dost ölkə və xalq arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan əlaqələrdir. Bu münasibətlər artıq onilliklərdir ki müxtəlif sahələr üzrə uğurla inkişaf edən əməkdaşlıqla xarakterizə olunur.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə söyləyib.

O bildirib ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr aparılır. Hazırda Monteneqro ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 22 saziş mövcuddur.

Nazir bildirib ki, iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq mövcuddur: “Beynəlxalq təşkilatlarda namizədlərin irəli sürülməsi və seçilməsi zamanı bir-birimizə qarşılıqlı dəstək göstəririk”.

AzVision.az


Teqlər:



Xəbər lenti