Qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

Qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
  21 Dekabr 2025    Oxunub:1453
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Belə ki, "Mazımqara" gömrük postunda Türkiyə Respublikasından Azərbaycana "günəbaxan yağı" yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


AzVision.az



Teqlər: Kriminal  



Xəbər lenti