Bax, belə oğlandır sıravi Əhməd!

   Bax, belə oğlandır sıravi Əhməd!
  21 Dekabr 2025    Oxunub:1332
Avstraliyada Hanuka bayramı zamanı yəhudilərə qarşı terror aktı baş verərkən 43 yaşlı Əhməd əl-Əhməd həyatını riskə ataraq, hücum edənlərdən birini təkbaşına zərərsizləşdirmişdi.
Suriya əsilli Əhməd Sidneydə meyvə dükanı işlədirdi. Amma etdiyi qəhrəmanlıqdan sonra bütün dünyada məşhurlaşıb.

Ona minnətdarlığını bildirmək üçün on minlərlə insan biznesmen Zəkəri Dereniovskinin başlatdığı “GoFundMe” kampaniyasına qoşularaq, Əhməd üçün pul ianə ediblər. Nəticədə $2.533.585 dollar vəsait toplanıb.

Zəkəri Dereniovski üzərində həmin məbləğ və “Əhməd, dünya səni sevir!” yazılmış çeki xəstəxanada Əhmədə təqdim edib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Qəhrəman  



Xəbər lenti