Amnistiya aktının icrasına başlanılıb

   Amnistiya aktının icrasına başlanılıb
  22 Dekabr 2025    Oxunub:347
Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrasına başlanılıb.
AzVision.az xəbər verir ki, Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müəssisələrində həyata keçirilir.

Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzası 6 ay azaldılması nəzərdə tutulur. Həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti