Pakistanın keçmiş baş nazirinə daha 17 il verildi

Pakistanın keçmiş baş nazirinə daha 17 il verildi
  22 Dekabr 2025    Oxunub:1132
Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xanın və onun həyat yoldaşı Buşra Bibinin azadlıqdan məhrum edilmə cəzalarını əlavə olaraq daha 17 il artırıb.
Onlar əvvəlki ittihamlardan əlavə, həm də dövlət ehtiyacları üçün lazım olan zinət əşyalarını ucuz qiymətə almaqla bağlı korrupsiya əməlində günahkar biliniblər.

Yada salaq ki, İmran xan 2023-cü ilin avqustunda torpaqların mənimsənilməsilə bağlı korrupsiya işində suçlu bilinərək, 14 il azadlıqdan məhrum edilmişdi.

Məhkəmənin qərarı elan olunandan sonra İmran xanın “Ədalət Urunda Hərəkat” (PTI) partiyası Pəncabda kütləvi etirazlara başlayacağını bildirib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Pakistan  



Xəbər lenti