Geomaqnit qasırğası gözlənilir

   Geomaqnit qasırğası gözlənilir
  22 Dekabr 2025    Oxunub:345
Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yenə də normadan yüksək səviyyədə olacağı gözlənilir.
Bu barədə AzVision.az -a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.

AzVision.az



Teqlər:



Xəbər lenti