Peskov: "İlham Əliyevin qərarını anlayışla qarşılayırıq"

    Peskov:  "İlham Əliyevin qərarını anlayışla qarşılayırıq"
  22 Dekabr 2025    Oxunub:1378
"Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının bu gün Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi sammitinə qoşulmaması Moskva və Bakı arasında münasibətlərə hər hansı təsir göstərmir".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında dilə gətirib. O söyləyib ki, Rusiya və Azərbaycanın müxtəlif sahələrdə konstruktiv tərəfdaşlığı yalnız inkişafa doğru irəliləyir:
Prezident MDB-nin Zirvə görüşünə getmədi

"Prezident İlham Əliyevin sammitə qoşulmamaq qərarını anlayışla qarşılayırıq. Ümumiyyətlə, bu qərar gözlənilməz deyildi. Bütün dövlət başçılarının dekabr ayında, Yeni il ərəfəsində, həqiqətən də, çox sıx iş qrafikləri var. Bu, Azərbaycanın MDB-nin bütün formatlarda iştirakına, əlbəttə, hər hansı xələl gətirmir".

Xatırladaq ki, Prezident Administrasiyasından verilən məlumata əsasən, İlham Əliyev MDB-nin sözügedən sammitində iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Azərbaycan   MDB   Prezident   iştirak   reaksiya  



Xəbər lenti