Azərbaycanlı Almaniyada qəza törədib | VİDEO

Azərbaycanlı Almaniyada qəza törədib    | VİDEO
  23 Dekabr 2025    Oxunub:896
Almaniyanın Hessen şəhərinin mərkəzində avtomobil əks tərəfdəki xəttə çıxıb və avtobus dayanacağı yaxınlığında digər avtomobillə toqquşub.
AzVision.az Almaniyanın “dpa” agentliyinə istinadən xəbər verir ki, dörd nəfər zərər çəkib: bir qadın ağır bədən xəsarətləri alıb, daha üç nəfər, o cümlədən sürücü yüngül bədən xəsarətləri alıb.

Sürücü, əslən Azərbaycandan olan 32 yaşlı Hessen sakini saxlanılıb. Hakimiyyət orqanları hadisənin terror və ya siyasi motivi olmadığını düşünür. Agentliyin məlumatına görə, mümkün səbəb kimi xəstəlik göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: Almaniya   azərbaycanlı   qəza  



Xəbər lenti