BMT: Uşaqlar şantaj kimi onlayn təhlükələrlə üz-üzə qalırlar

      BMT:    Uşaqlar şantaj kimi onlayn təhlükələrlə üz-üzə qalırlar
  23 Dekabr 2025    Oxunub:1046
Rəqəmsal platformalar və süni intellekt uşaqlıq dövrünü formalaşdırır. Bu dəyişiklik böyük imkanlar yaradır. Belə ki, öyrənməyə çıxışı artırır, yaradıcılığı təşviq edir, əlaqələr qurmağa və xidmətlərə çatmağa köməklik göstərir.
Bu sözləri BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, bu proses, eyni zamanda, yeni və sürətlə dəyişən risklər də yaradır. Bu gün uşaqlar zərərli ünsiyyət, kibercinayətkarlıq, təqib, cinsi istismar, insan alveri və şantaj kimi onlayn təhlükələrlə üz-üzə qalırlar. V.Andreyeva vurğulayıb ki, bu risklər bir çox uşaq müdafiə sistemlərinin yaradıldığı mövcud idarəetmə çərçivələrindən kənara çıxır.

AzVision.az



Teqlər:



Xəbər lenti