Avropanın təhdidlərə ən həssas ölkəsi bəlli olub

Avropanın təhdidlərə ən həssas ölkəsi bəlli olub
  23 Dekabr 2025    Oxunub:1076
Avropanın zəifliyi və Rusiyanın fəallığının artması ilə bağlı risklərin müzakirəsi fonunda Avropa İttifaqının (Aİ) bir ölkəsində təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzinə çevrilib.
AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, artan geosiyasi gərginlik fonunda Avropanın müdafiə sisteminin, xüsusən də Rusiyadan gələn təhlükələrə qarşı zəif tərəflərini sərgiləyən qiymətləndirmələrin sayı getdikcə artır.

Mütəxəssislər təhlükələri aşkarlamaq üçün kifayət qədər vasitələrə və onları zərərsizləşdirmək imkanına malik olmayan dövlətlərə xüsusi diqqət yetirirlər.

İrlandiyalı senator və istefada olan ordu kapitanı Tom Klonan öz ölkəsinin “təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələlərində Avropanın ən zəif halqası” olduğunu deyib.

“Dublində təhdidləri aşkar etmək üçün müasir sensorlar və onları dayandırmaq üçün heç bir silahı yoxdur. Bu isə, ölkəni tamamilə müdafiəsiz və təxribatçı şəkildə zəif vəziyyətə qoyur”, - senator vurğulayıb.

“The Telegraph” qəzeti bildirir ki, İrlandiya üçün potensial risklər çox vaxt birbaşa hərbi müdaxilə ilə deyil, boz zona adlanan təhlükələrlə bağlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İrlandiya   təhlükəsizlik   həssas  



Xəbər lenti