Pekin Zelenskinin hədələrinə cavab verib

Pekin Zelenskinin hədələrinə cavab verib
  23 Dekabr 2025    Oxunub:1140
Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişədə Rusiyaya yardımı iddiası ilə Çin vətəndaşlarına və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etmək hədələrinə cavab olaraq Pekin Kiyevi səhvlərini düzəltməyə çağırıb.
AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin sözçüsü Lin Tszyan Pekinin öz müəssisələrinin və vətəndaşlarının maraqlarını qorumaq niyyətində olduğunu Ukrayna rəhbərliyinin diqqətinə çatdırıb.

“Çin davamlı olaraq beynəlxalq hüququ pozan və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilməyən qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxıb”, - Lin Tsyzn keçirdiyi brifinqdə Zelenskinin hədələri barədə sualı şərh edərkən deyib.

Pekinin “Ukrayna tərəfini səhvlərini dərhal düzəltməyə çağırdığını” söyləyən diplomat ölkəsinin Çin şirkətlərinin və vətəndaşlarının qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Çin   Ukrayna   cavab  



Xəbər lenti