Tədbir çərçivəsində təşkil olunan intellektual yarışın qalibləri Bakcell tərəfindən mükafatlandırılıb. Bu təşəbbüs Bakcell-in süni intellekt və innovasiyaya əsaslanan, analitik düşüncənin və maarifləndirici layihələrin təşviqinə verdiyi ardıcıl dəstəyin tərkib hissəsidir.
Bakcell innovasiya tərəfdaşı olaraq, konfransda innovasiya və media savadlılığı arasında əlaqələrin ön plana çıxarılmasına, süni intellekt və rəqəmsal trendlərin müzakirə gündəminə daxil edilməsinə dəstək göstərib.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


