Suriyalı nazirlər Kremldə Putinlə görüşüblər
“Danışıqlar zamanı tərəflər hərbi texnikanın modernləşdirilməsi və müasir təkmilləşdirmələrin tətbiqi, habelə hərbi-texniki təcrübənin ötürülməsi yolu ilə Suriya ordusunun müdafiə qabiliyyətinin artırılması məsələlərini müzakirə ediblər. Hərbi sənaye kompleksində əməkdaşlığın strateji xarakter daşıması xüsusi vurğulanıb”, - məlumatda deyilir.
Bundan əlavə, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi zamanı görüş iştirakçıları “Beynəlxalq forumlarda Dəməşq və Moskva arasında siyasi və diplomatik koordinasiyanın vacibliyini” vurğuladılar.
Kremlin mətbuat xidməti hələlik belə bir görüşün olduğu barədə məlumat verməyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Putin Suriya danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


