"Azərbaycanın tətbiq etdiyi dövlət-din münasibətləri modeli milli sərvətdir"
"Azərbaycanın dövlət-din modelinin beynəlxalq arenada sülh adası kimi təbliği istiqamətində sistemli addımlar atılmış, dünyanın nüfuzlu beyin mərkəzləri və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq platformaları yaradılıb".
R.Məmmədov qeyd edib ki, Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətləri modeli milli sərvətdir: "Fəxr edirik ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açılır və bu ibadətgahların hər biri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Tolerantlıq və multikulturalizm bizim şərəfli keçmişimiz olduğu qədər, həm də parlaq və firavan gələcəyimizin zəmanətidir. Azərbaycanın qüdrətlənməsi, xalqımızın birliyinin daha da möhkəmlənməsi və multikultural dəyərlərimizin bütün dünyada təbliği naminə birlikdə, daha da əzmlə çalışmalıyıq. Çünki bu mənəvi bütövlüyü qorumaq hər birimizin müqəddəs vətəndaşlıq borcu və əcdadlarımızdan miras qalan müqəddəs missiyadır".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


