Rusiya-ABŞ birbaşa uçuşları açıla bilər

   Rusiya-ABŞ birbaşa uçuşları açıla bilər
  24 Dekabr 2025    Oxunub:1109
"Moskva ilə Vaşinqton arasında birbaşa təyyarə uçuşlarının bərpası ilə əlaqədar qarşı tərəflə müsbət dialoqa ümid bəsləyir".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika departamentinin direktoru Aleksandr Qusarov "İzvestiya" qəzetinə müsahibəsində dilə gətirib. O diqqətə çatdırıb ki, belə bir prosesin həyata keçirilməsi qarşılıqlı etimada əsaslanır:

"Rusiya ilə ABŞ arasında birbaşa uçuşların rahatlıq və vaxta qənaət baxımından üstünlükləri göz qabağındadır. Beləliklə, hər iki ölkənin vətəndaşları uzun saatlar, bahalı transferlər nəticəsində başa gələn dolayı uçuşlardan qurtulacaq, rahat nəfəs alacaqlar".

(Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika departamentinin direktoru Aleksandr Qusarov)

Direktorun sözlərinə görə, bu addım müəyyən məhdudiyyətlər ucbatından çətin günlər yaşayan ABŞ aviasiya sektoruna da müsbət təsir göstrərəcək:

"Moskva uçuşların bərpası məsələsini cari ilin fevral ayında İstanbulda baş tutmuş məsləhətləşmələr əsnasında qaldırmışdı. ABŞ aviasiya təşkilatına bu barədə təkliflərimizi vermişik".

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   ABŞ   uçuş   bərpa  



Xəbər lenti