Rəvan Həsənov: "Keyfiyyətli məzmun düzgün informasiya axını formalaşdıra bilər"
"Mənəvi dəyərlərin təqdimat formaları dövrün tələblərinə uyğun olmalı, geniş auditoriya üçün əlçatan hala gətirilməlidir. Bu gün hər dövlət ən az müdaxilə, amma maksimum effektivliklə öz ümumi dəyərlərini və tədris materiallarını optimal şəkildə təqdim etməyə çalışır. Bir sıra ölkə sosial şəbəkəyə çıxışı məhdudlaşdırmaq üsulunu seçir. Hərçənd belə bir addım uzunmüddətli və effektiv həll yolu deyil".
Rəvan Həsənov diqqətə çatdırıb ki, bu sahədə əsas məsələ alternativ, sağlam və diqqətçəkən məzmunun yaradılmasıdır:
"Elə informasiya irəli sürülməli, elə proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçib ona maraq göstərsin. Çünki informasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Odur ki bizim yanaşmamız qadağalarla yox, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya zəminində qurulmalıdır".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


