Yepiskop: “Süni intellekt əxlaqi məsuliyyət daşıyıcısı deyil”
““İntellekt” sözü özü də iki latın sözündən – inter (arasında) və legere (dərk etmək, oxumaq) – ibarət olub, dərk etmə qabiliyyətini ifadə edir; lakin bu, seçim edərək dərk etməyi, hər şeydən əvvəl isə əxlaqi seçimi nəzərdə tutur. Süni intellekt insan ağlının məhsulu kimi, şübhəsiz ki, xeyirxahlığa xidmət edə bilər, lakin mənəvi təbiətə malik olmadığı üçün əxlaqi məsuliyyət daşıyıcısı da deyildir.
İnsanla süni intellekt arasındakı münasibətlərdə sonuncunun təqdim etdiyi geniş imkanlar insanın qəbul etdiyi qərarlar və etdiyi seçimlər qarşısında öz mənəvi məsuliyyətini dərk etməsini ciddi şəkildə sarsıda bilər. Kilsə öyrədir ki, texnologiyalar özlüyündə nə xeyir, nə də şərdir — hər şey onların kimin əlində və hansı məqsədlə istifadə olunmasından asılıdır. Texnoloji tərəqqi insanlar arasında bərabərsizliyin dərinləşdirilməsinə deyil, insana və ümumi rifaha xidmət etməyə yönəlməlidir”.
Katolik Kilsəsinin apostol prefekti bildirib ki, təhsil və maarifləndirmə sahəsində süni intellekt artıq dəyərli bir alət və resursa çevrilib: “O, tədrisin fərdiləşdirilməsinə kömək edə, biliklərə çıxışı genişləndirə, əlilliyi olan şəxsləri dəstəkləyə bilər. Lakin Papa Fransiskin vurğuladığı kimi, burada “texnokratik illüziya” təhlükəsi mövcuddur: bu halda səmərəlilik müdrikliyi, informasiya isə həqiqi biliyi əvəz edir.
Katolik Kilsəsi süni intellekti təhlükə deyil, mənəvi istiqamət tələb edən bir alət kimi görür. Təhsil və maarifləndirmə sahəsində o, yalnız o zaman insanın inkişafına xidmət edə bilər ki, məqsəd deyil, vasitə olaraq qalsın və mərkəzdə həmişə Allah tərəfindən yaradılmış, həqiqətə, azadlığa və məhəbbətə çağırılmış insan şəxsiyyəti dayansın”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


