Hicran Hüseynova: "Din xadimləri ailə məsələlərində maarifləndirmə işləri aparmalıdırlar"
"Cəmiyyətdə reaksiyaları izləmək üçün bir il vaxt qoyduq. Əksəriyyət layihədən razı qaldı. Bir çox Avropa ölkəsində qohum evlilikləri ucbatından genetik kod yoxa çıxıb. Niyə gözləməli idik ki, hansısa ölkə bu barədə qanun qəbul etsin? Bəlkə, özünümüz nümunə olmalıyıq? Mərkəzi Asiyada bu qanunun qəbulundan danışanda bütün zal ayaqüstə alqışladı".
Millət vəkili diqqətə çatdırıb ki, ailələrdə problem meydana gələndə bütün yük qadınların üzərinə düşür:
"Maraqlıdır ki, elçilikdə qabağa düşən ağsaqqallarımız ailədə problem baş verəndə ortaya çıxmırlar. Məgər Azərbaycanda son illər ailələrin dağılmasının günahkarı yalnız qadınlardır?"
Hicran Hüseynova həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda rəsmi nikah olmadan dini nikahın kəsilməsi qadağandır:
"Halbuki bu cür qanunsuz hallar da baş verir, amma belə ailələr tezliklə dağılır. Hörmətli axundlarımız öz icmalarında kişiləri bu və digər məsələlər, o cümlədən aliment haqqında maarifləndirməlidirlər".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


