Qanunda nüvə silahları sınaqları, məhkəmədən kənar edamlar, “fiziki və psixoloji işgəncələr” və “resursların sistemli talan edilməsi” Fransa müstəmləkəçiliyinin cinayətləri kimi təsnif olunub.
- Fransa müstəmləkəçiliyinin vurduğu maddi və mənəvi zərərin tam və ədalətli şəkildə ödənilməsi Əlcəzair dövlətinin və xalqının ayrılmaz hüququdur”, - Qanun layihəsində vurğulanır.
|
| Əlcəzair fransalı diplomatları ölkədən çıxarmağa davam edir |
Bu ilin yazında isə, ölkələr arasındakı gərginlik diplomatik missiyaların əməkdaşlarının ikitərəfli qaydada çıxarılması ilə yadda qalıb.
1954-cü il noyabrın 1-də Əlcəzairin Fransadan müstəqillik uğrunda üsyanla başlayan mübarizəsi 1962-ci ildə müstəqilliklə yekunlaşıb. Fransa müstəmləkəçiliyi Əlcəzairdə təxminən 1,5 milyon insanın həyatına son qoyub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


