Reuters: “Ağ Ev ABŞ ordusuna əmr verib”

   Reuters:    “Ağ Ev ABŞ ordusuna əmr verib”
  25 Dekabr 2025    Oxunub:1251
Ağ Ev admisitrasuyası ABŞ ordusuna ən azı növbəti iki ay ərzində Venesuela neftini “karantin altına almağa” diqqət yetirməyi əmr edib.
AzVision.az xəbər verir ki, adı açıqlanmyan amerikalı məmura istinad edən “Reuters” agentliyinin məlumatına görə, bu, prezident Donald Tramp administrasiyasının Karakasa birbaşa hərbi təzyiqdən daha çox iqtisadi təzyiqə güvəndiyini göstərir.

“Bu səylər Nikolas Maduronun hökumətinə böyük təzyiq göstərir və Venesuela güzəştə getməsə, yanvarın sonuna qədər iqtisadi fəlakətlə üzləşə bilər”, - məmur agentliyə açıqlamasında deyib.

Daily Mail: “Venesuela Ukraynadan vacibdir”
Amerikalı məmurun işlətdiyi “karantin” məfhumu 1962-ci ildə Kubada raket böhranı zamanı, Con Kennedi administrasiyasının açıq müharibə elanından yayınmağa çalışdığı zaman istifadə olunan leksikona aiddir.

Dekabrda ABŞ-nin Sahil Mühafizəsi Venesuela neftini daşıyan iki tankeri ələ keçirib və üçüncü gəmini də ələ keçirməyə hazırlaşır. Tramp administrasiyası Karakası narkotik alverində və neft gəlirlərindən “qanunsuz rejim”i dəstəkləmək üçün istifadə etməkdə günahlandırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   AğEv   ordu   əmr  



Xəbər lenti