Peruda prezidentliyə rekord sayda namizəd qeydə alınıb

Peruda prezidentliyə rekord sayda namizəd qeydə alınıb
  25 Dekabr 2025    Oxunub:1484
Dekabrın 24-nə olan məlumata görə, gələn il ölkədə keçiriləcək prezident seçkilərinə qatılmaq üçün 34 namizəd Perunun Seçki Komissiyasında qeydiyyatdan keçib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, namizədlərin yekun siyahısı martın 14-də dərc olunacaq və istənilən Peru vətəndaşı mövcud qanunvericiliyə uyğun şəkildə istənilən namizədin siyahıya salınmasına etiraz etmək hüququna malikdir.

Peruda coşmuş ehtiraslar səngimir | VİDEO
Namizədlər sırasında keçmiş futbolçu Corc Forsayt, tanınmış komediya ustası və parodist Karlos Alvares və əvvəlki prezidentlərin qohumları da yer alıblar.

Qeyd edək ki, 2021-ci il prezident seçkilərinə 18 namizəd qatılmışdı. Oktyabrın 10-na keçən gecə əvvəlki prezident Dina Boluartenin impiçmentindən sonra növbəti seçkilər 2026-cı il aprelin 12-nə təyin edilib.

Yeri gəlmişkən, Peru məhkəməsi korrupsiya işi üzrə keçmiş prezident (2018-2020) Martin Viskarranı 14 il müddətinə azadlıqdan məhrum edib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Peru   seçkilər   rekord  



Xəbər lenti