Suriyada “Dəməşqin qubernatoru” saxlanılıb

Suriyada “Dəməşqin qubernatoru” saxlanılıb
  25 Dekabr 2025    Oxunub:1585
Suriyanın təhlükəsizlik qüvvələri və ABŞ-nin rəhbərlik etdiyi Beynəlxalq Terrorla Mübarizə Koalisiyasının Suriya paytaxtında keçirdiyi birgə əməliyyat zamanı İŞİD terror təşkilatının “Əbu Ömər Taybə” kodu adlı üzvü, “Dəməşqin qubernatoru” adlandırılan Taha əl-Zubi tutulub.
AzVision.az xəbər verir ki, Suriyanın Daxili İşlər nazirliyindəki mənbəyə istinad edən “Əl-İhbariyə” telekanalının məlumatına görə, həmçinin Taha əl-Zubinin üstlərində “ölüm kəməri” aşkarlanan bir neçə köməkçisi də saxlanılıb.

“Koalisiya qüvvələri və daxili təhlükəsizlik bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İŞİD-in “Dəməşqin qubernatoru” adlandırılan şəxsi ələ keçirilib”, - məlumatda deyilir.

Dəməşq ətrafı üzrə Daxili Təhlükəsizlik Xidmətinin komandiri Əhməd Dəlati, öz növbəsində, “SANA” agentliyinə açıqlamasında bildirib ki, Daxili İşlər nazirliyi, Baş Kəşfiyyat İdarəsi və koalisiya qüvvələri uzun sürən müşahidədən sonra Müəddəmiyyə rayonunda İŞİD-in hücrəsinə qarşı birgə əməliyyat keçirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Suriya   Dəməşq   İŞİD  



Xəbər lenti